You are here: 
Münzen ges

İdarə Heyətinin iclası keçirilib

Release Date:

Cari ilin 19 iyul tarixində Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin növbəti iclası keçirilib. 
İclasda “Yüksək riskli zonaların və onlara münasibətdə öhdəlik daşıyan şəxslər tərəfindən tətbiq edilməli məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin 2023-cü il 30 dekabr tarixli 3-21-28/3-6-26/2023 nömrəli Qərarına dəyişikliklər edilmişdir.
İclasda, həmçinin MMX-nin struktur bölmələri tərəfindən 2024-cü ilin 2-ci rüb ərzində görülən işlər hesabatlar dinlənilib və müzakirə olunub. 
Daha sonra MMX-nin 2024-cü il üzrə İş Planının icra vəziyyəti təhlil edilib.

Previus news:
Next news: