You are here: 
Münzen ges

Nəzarət orqanları üçün “Benefisiar mülkiyyətçilik” mövzusunda təlim keçirilib

Release Date:

Cari ilin 15 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə nəzarət orqanları üçün “Benefisiar mülkiyyətçilik” mövzusunda təlim keçirilib.

Təlimdə benefisiar mülkiyyətçiliyə dair beynəlxalq standartlar, benefisiar mülkiyyətçiliyə dair tələblərin nəzarət qaydasında yoxlanılması proseduru, benefisiar mülkiyyətçinin müəyyən etmə qaydası məsələləri müzakirə olunub və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Azərbaycanda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının 15 məsul əməkdaşı iştirak edib. 

 

Previus news:
Next news: