Release Date:
Cari ilin 30 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə hüquq mühafizə orqanlarının əməkdaşları üçün “Pulların leqallaşdırılması əməlinin cinayət hüquqi xarakteristikası” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə pulların leqallaşdırılması əməlinin cinayət hüquqi xarakteri, müvafiq cinayət əməllərinin istintaqı çərçivəsində hüquq mühafizə orqanları tərəfindən risk əsaslı yanaşmanın və prioritetləşmənin tətbiqi, habelə maliyyə kəşfiyyatı məlumatlarından istifadə məsələləri müzakirə olunub. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə müxtəlif hüquq mühafizə orqanlarının 15-dən çox əməkdaşı iştirak edib.