2022-ci il 23 fevral tarixində hakimliyə namizədlərin ilkin uzunmüddətli tədris kursu çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov “Pulların leqallaşdırılması əməlinin cinayət-hüquqi xarakteristikası” mövzusunda mühazirə ilə çıxış edib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilmiş təlimdə 47 nəfər hakimliyə namizəd iştirak etmişdir. Təlimdə Cinayət Məcəlləsinin 193-1-ci maddəsi təhlil edilmiş, pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin əsas elementlərinin xüsusiyyətlərinə, leqallaşdırma ilə reallaşdırma arasındakı fərqlərə və bu cinayətə dair cinayət təqibinin həyata keçirilməsi zamanı maliyyə istintaqının aparılmasına dair məsələlərə toxunulmuşdur.