Release Date:
Cari ilin 19 may tarixində Hüquq Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyi (CEPOL) tərəfindən təşkil olunmuş təcrübə mübadiləsi proqramı çərçivəsində Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin əməkdaşı İeva Lukoşeviç Maliyyə Monitorinqi Xidmətinin (MMX) fəaliyyəti ilə tanış olub.
MMX-nin inzibati ofisində təşkil edilmiş görüşə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da qatılmışdır.
Görüş zamanı MMX əməkdaşı qurumun fəaliyyəti ilə bağlı ətraflı təqdimat verib, habelə tərəflər yerli və beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparıb, cari fəaliyyətlər və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.