You are here: 
Münzen ges

MONEYVAL Komitəsinin Azərbaycan Respublikasının 5-ci raund qiymətləndirilməsi üzrə təlimləri başa çatıb

Release Date:

 

Avropa Şurasının MONEYVAL Komitəsinin ölkəmiz üçün keçiriləcək 5-ci raund qiymətləndirilməsi üzrə onlayn formatda 19 aprel tarixlərində başlatdığı təlimlər bu gün başa çatıb.

4 gün davam edən təlimlərdə PL/TMM sahəsi üzrə MONEYVAL Komitəsinin ekspertləri müvafiq olaraq qarşılıqlı qiymətləndirmə prosesi, risk və məzmun, habelə ölkənin risk qiymətləndirməsi, sözügedən sahədə ən yaxşı təcrübələr və prinsiplər haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra, təlimçilər məlumatların toplanması, fəaliyyətin səmərəli təşkilini nümayiş etmək üçün verilməli olan məlumatların növləri, kəmiyyət və keyfiyyət məlumatlarını qiymətləndirilmə formaları, FATF-ın Birbaşa Nəticələri və Tövsiyələri, texniki uyğunluq və effektivlik indikatorları barədə danışıb. 

Təlim müddətində iştirakçılar üçün sınaq müsahibələr və sual cavab-sessiyaları təşkil edilib.

Qeyd edək ki, təlimlərdə PL/TMM sahəsində məsul dövlət qurumları və özəl sektorun 100-dən çox nümayəndəsi iştirak edib.

 

Previus news:
Next news: