Release Date:
25 avqust saat 11:00-da MMX-nin rəsmi “Youtube” hesabında ölkəmizdə PL/TMM sahəsində həyata keçirilmiş milli risk qiymətləndirilməsi prosesi və nəticələrinə dair onlayn brifinq təşkil ediləcək.
Canlı yayımlanacaq brifinqdə MMX-nin Hüquq departamentinin direktoru Azər Abbasov və Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev çıxış edərək izləyicilərin suallarını cavablandıracaq.
Mövzu ilə bağlı sizi maraqlandıran sualları öncədən “Facebook”da müvafiq paylaşımın və ya canlı yayım zamanı “Youtube” videosunun rəy bölməsinə qeyd edə bilərsiniz.