Cari ilin 21-25 noyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində yerləşən FATF Təlim İnstitutu tərəfindən “FATF Standartları” üzrə Təlimçilər üçün Təlim Kursu təşkil edilib. Təlimdə MMX əməkdaşları F.Əliyev və N.Babayev iştirak edib. Təlim Kursu iştirakçıların PL/TM və kütləvi qırğın silahlarının yayılmasının (KQSY) qarşısının alınması üzrə FATF Standartları və PL/TM/KQSY ilə mübarizə üçün effektiv tədbirlərin həyata keçirilməsi haqqında anlayışlarını artırmaq məqsədi daşıyır. Bu, FATF Standartlarına əvvəlcədən PL/TMM və KQSY-nin qarşısının alınması üzrə təlim keçmiş praktikantlar üçün nəzərdə tutulmuş təlimdir və bir sıra e-təlim, təqdimatlar, qrup müzakirələri və kiçik qrup fəaliyyətləri şəklində həyata keçirilir. Həmçinin, kursun məqsədi FATF Standartları üzrə Təlim Kursu keçirmək üçün ixtisaslı mütəxəssisləri təlimatlandırmaqdır. Qeyd edək ki, təlimdə iştirak etmiş MMX əməkdaşları sözügedən kursu uğurla bitirib və sertifikatlaşdırılmış FATF təlimçisi adını qazanıb. MMX əməkdaşlarının PL/TMM sahəsində aparıcı rol oynayan FATF-ın təlimçisi olması qurumumuzun məqsədyönlü əməkdaşlıq fəaliyyətinin nəticəsidir.
MMX əməkdaşları sertifikatlaşdırılmış FATF təlimçisi adını qazanıb
Release Date: