Release Date:
Cari ilin 20- 23 fevral tarixində Maliyyə Monitorinqi Xidməti qarşılıqlı qiymətləndirməyə hazırlıq məqsədi ilə milli mübarizə sisteminin effektivliyi üzrə təlimlər təşkil edib.
Təlimə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 404 nömrəli Qərarı ilə yaradılmış Koordinasiya Şurasında təmsil olunan hüquq mühafizə, nəzarət orqanları, habelə monitorinq subyektlərindən məsul əməkdaşlar qatılıb.
Təlimdə risk əsaslı yanaşma, ən yaxşı beynəlxalq təcrübə nümunələri, qurumlar arası koordinasiya, özəl-dövlət tərəfdaşlığının rolu və digər aktual mövzulara toxunulub.
Qeyd edək ki, sözügedən tədbirə ümumilikdə 60-dən çox iştirakçı qatılıb.