You are here: 
Münzen ges

Koordinasiya Şurasının növbəti iclası keçirildi

Release Date:

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsinin həyata keçirilməsi, Avropa Şurasının ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib. 

İclasda PL/TMM sisteminin effektivliyinin artırılması üzrə Tədbirlər Planı qəbul edilib, ötən dövr ərzində görülən işlər və qarşıda duran tapşırıqlar barəsində iştirakçılar məlumatlandırılıb.

Görüşün sonunda sözügedən Tədbirlər Planı ilə əlaqədar iştirakçıların təklifləri dinlənilib, suallar cavablandırılıb.

 

 

 

Previus news:
Next news: