Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) haqqında Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən, öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.
Yüksək riskli yurisdiksiyalarda əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi ilə mübarizə sistemlərində əhəmiyyətli dərəcədə strateji çatışmazlıqlar var. FATF Yüksək riskli olduğu müəyyən edilən hər bir ölkə ilə bağlı bütün üzvlərinə çağırış edir və gücləndirilmiş müştərilərin eyniləşdirilməsi və verifikasiyası (MEV) tədbirləri tətbiq etməyə çağırır. Ən ağır hallarda ölkələr beynəlxalq maliyyə sistemini ölkədən qaynaqlanan ƏL/TM və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi risklərindən qorumaq üçün əks tədbirlər görməyə çağırılır.
FATF tərəfindən yüksək-riskli hesab edilən ölkələrlə bağlı əməliyyat və işgüzar əlaqələrə münasibətdə müvafiq əks tədbirlər tətbiq edilməlidir.
Sözügedən FATF bəyanatları Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib