“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin (ƏL/TMM) gücləndirilməsi, eləcə də bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Milli Fəaliyyət Planı təsdiq edilib.
Aşağıdakı link vasitəsilə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlərlə tanış olmaq mümkündür:
https://static.president.az/upload/Files/2023/02/28/a4a24ecba539b58792180a8e923f78f5_7501783.pdf