Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfinfən “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Qərar qəbul etmişdir.
Bununla daha əvvəl qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin təşkili üzrə Tələblər” və “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər” öz qüvvəsini itirmişdir.
Öhdəlik daşıyan şəxslər öz fəaliyyətləri zamanı bu Tələbləri rəhbər tutmalıdır.
Aşağıdakı keçid vasitəsilə Qərarın mətni ilə tanış olmaq mümkündür: