You are here: 
Münzen ges

MMX-nin nümayəndə heyəti MONEYVAL Komitəsinin 65-ci plenar iclasında iştirak edib

Release Date:

Cari ilin 22-26 may tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının MONEYVAL Komitəsinin 65-ci plenar iclası keçirilib. MMX İdarə Heyətinin sədri cənab Zaur Fətizadə Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri qismində sözügedən iclasda iştirak edib. 

Tədbirdə Şimali Makedoniya və Rumıniyanın qarşılıqlı qiymətləndirmə hesabatları dinlənilib, Albaniya və Sloveniyanın tərəqqi hesabatları müzakirə və təsdiq edilib. 

Plenar iclas çərçivəsində həmçinin çirkli pulların yuyulması və idman yarışlarının manipulyasiyasına dair tematik sessiya baş tutub, qarşılıqlı qiymətləndirmələrin 6-cı raundunun planlaşdırılması və MONEYVAL tipologiyalarının yenilənməsinə dair məlumatlar təqdim olunub.

Tədbir zamanı MONEYVAL-da təmsil olunan digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

Previus news:
Next news: