You are here: 

MMX və Vatikan şəhərinin Nəzarət və Maliyyə Məlumatları Orqanı arasında Anlaşma Memorandumu imzalanıb

Release Date:

MONEYVAL Komitəsinin 65-ci plenar iclası çərçivəsində cari ilin 25 may tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Müqəddəs Taxt-Tacın / Vatikan şəhərinin Nəzarət və Maliyyə Məlumatları Orqanı arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.

Fransanın Strasburq şəhərində baş tutmuş ikitərəfli görüşdə imzalanmış Memorandum hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirmək məqsədinə xidmət edəcək. 

Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaq.

Previus news:
Next news: