You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti “Binance” ilə birgə təlim keçirib

Release Date:

Cari ilin 22 iyun tarixində  Maliyyə Monitorinq Xidməti (MMX) və “Binance” kriptovalyuta birjasının blokçeyn texnologiyası və kriptovalyutaların işləmə prinsipi, müxtəlif cüzdan növləri və digər sahə üzrə əsas ola biləcək risklər mövzusunda təlim keçirilib.

 

Təlimçi Melanie Lefebvre kriptovalyuta əməliyyatlarının təhlili və izlənməsi məqsədi ilə açıq və kommersiya proqram təminatlarından (Chainanalysis) istifadə texnikası, bu proqram təminatından əldə edilə biləcək məlumatların öyrənilməsi barədə geniş məlumat verib.

 

Tədris prosesində “Binance” platforması ilə ölkələrin maliyyə monitorinqi orqanları və hüquq mühafizə orqanlarının əməkdaşlığının praktikası, qeyd edilən kriptovalyuta birjası tərəfindən ölkələrə könüllü şəkildə gösətirilə biləcək dəstək imkanları təhlil olunub.

 

Təlimin sonunda Binance birjasına edilən sorğu əsasında hansı məlumatların əldə edilə bilməsi imkanları ilə bağlı (KYC, P2P, trading əməliyyatları və s.) nümunələr göstərilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 

Previus news:
Next news: