You are here: 
Münzen ges

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib

Release Date:

Cari ilin 30-31 may tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.  

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Faiq Camalov təlimçi qismində tədbirə qatılaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə Maliyyə Monitorinqi Xidməti ilə hüquq mühafizə orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi” mövzusunda çıxış edib. F. Camalov çıxışında bu sahədə əməkdaşlığın zərurəti, FATF-ın HMO və MMO üzrə tələbləri, MMX-də təhlil prosesi və iş axını, aparılan təhlil növləri: taktiki və strateji təhlillər və HMO üçün faydaları, maliyyə istintaqı üzrə MMX və HMO-nun əməkdaşlıq sahələri və digər mühüm məsələlər haqqında ətraflı danışıb. 

Həmçinin, tədris prosesində Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin tövsifi aspektləri, bu cür əməllərin istintaqı xüsusiyyətləri, maliyyə istintaqının və predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması qaydası, vergi cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cür əməllərin aşkarlanması və digər aktual mövzular müzakirə olunub.

Təlimdə Baş Prokurorluqla yanaşı İqtisadiyyat Nazirliyindən 30-dan çox əməkdaş iştirak edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Previus news:
Next news: