Cari ilin 29 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə monitorinq iştirakçılarının əməkdaşları üçün “PL/TMM sahəsində şübhəli əməliyyatların aşkarlanması meyarları və tipologiyalar”, habelə “PL/TMM sahəsində risk əsaslı yanaşmanın tətbiqi – Daxili risk qiymətləndirilməsi” mövzuları üzrə təlim keçirilmişdir.
Təlimdə PL/TMM sahəsində istifadə olunan alətlər və xidmətlər, əməliyyatların monitorinqi və indikatorlar, müəssisənin profilinə uyğun risk meyarlarının müəyyən olunması, proqram təminatına dair komplayens tələbləri, nəzarət mexanizminin zəif olduğu ölkələr/regionlar və digər əhəmiyyətli məsələlərə toxunulmuşdur.
Təlimlərin məqsədi şübhəli əməliyyatların aşkarlanması və risk əsaslı yanaşmanın tətbiqi üzrə monitorinq iştirakçılarının potensialını gücləndirməkdən ibarət olmuşdur.
Təlimə 31 nəfər iştirakçı qatılmışdır.