You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları “Açıq mənbələr üzrə məlumatların təhlili üsulları” mövzusunda təlimdə iştirak edir

Release Date:

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və potensialın gücləndirilməsi məqsədilə cari ilin 25 noyabr tarixində Avropa Şurasının Bakıdakı Ofisi MMX ilə birlikdə Aİ/AŞ-nın Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində icra olunan “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətinin gücləndirilməsi” Layihəsinin icrası ilə əlaqədar təlimin təşkilində iştirak etmişdir.

“Açıq mənbələr üzrə məlumatların təhlili üsulları” adlı təlim kursunun məqsədi iştirakçıları pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün açıq mənbəli kəşfiyyat məlumatlarının səmərəli şəkildə toplanmasında tələb olunan qabaqcıl metod və strategiyalarla tanış etməkdir.

Qeyd edilməlidir ki, 5 tədris günü olmaqla 29 noyabrda yekunlaşacaq təlimdə MMX əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da iştirak edirlər.

Previus news:
Next news: