Release Date:
2021-ci il 26-30 aprel tarixlərində onlayn formatda keçirilmiş Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 61-ci Plenar İclasında Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.
Plenar iclasda bir sıra üzv dövlətlərin V Raund Qarşılıqlı Qiymətləndirmə hesabatları və tərəqqi hesabatları dinlənilmişdir. Həmçinin iclas çərçivəsində MONEYVAL-ın fəaliyyətinə dair müxtəlif texniki və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.