Avropa İttifaqı/Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II “Azərbaycanda pulların leqallaşdırılmasına (PL) qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin dəstəyi ilə “Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi üzrə çıxarılmış nəticələr və əsas çətinliklər” mövzusunda video konfrans formatında seminar keçirilmişdir. Seminarda MRQ-nin mahiyyəti və prinsipləri, transsərhəd PL sisteminin, terrorçuluq və terrorçuluğa qarşı mübarizəyə yönəlmiş təhdidlərin risk qiymətləndirilməsi və MRQ-nin həyata keçirilməsi ilə bağlı çətinliklər kimi mövzularda beynəlxalq ekspert Klaudiyo Stroliqo tərəfindən təqdimatlar edilib və auditoriyanın sualları və rəyləri əsasında müzakirələr aparılıb.
Tədbirə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 oktyabr 2020-ci il 404 nömrəli qərarı ilə MRQ-nin dövri qaydada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmış Koordinasiya Şurasında təmsil edilən bütün müvafiq dövlət orqanları və qurumlarının 45 nəfər məsul əməkdaşı qatılıb.