Cari ilin 28 sentyabr tarixində Maliyyə Monitorinqi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə İlahiyyat İnstitutunda dini icmalara “Dini qurumların fəaliyyətində ƏL/TMM üzrə qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər” mövzusunda təlim keçirilib.
Təlim ƏL/TMM sahəsində dini icmaların vəzifələri və bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübə haqqında məlumatlandırma məqsədilə təşkil olunub.
Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahədə təcrübəli əməkdaşları Fuad Əliyev və Samir Məmmədov tərəfindən ƏL/TMM sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər, dini qurumlar vasitəsilə əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sxemləri və ianələrin toplanılması zamanı onlardan sui-istifadə halları və sui-istifadənin qarşısının alınması barədə ətraflı məlumat auditoriyanın diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə DQİDK-nin müvafiq əməkdaşları və dini icmalardan ümumilikdə 20 nümayəndə iştirak edib.