You are here: 
Münzen ges

Elektron tədris platformasının 1 ili tamam oldu

Release Date:

2022-ci il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən hazırlanmış E-Tədris portalının istifadəyə verilməsindən 1 il ötür. 

Bu müddət ərzində platformada toplam 300 nəfər qeydiyyatdan keçib. İmtahan nəticələri əsasında iştirakçılar tərəfindən 76 nəfəri sertifikat əldə etmişdir. İstifadəçilər, əsas etibarilə, Azərbaycanda fəaliyyət göstərən bankların, dövlət qurumlarının və özəl şirkətlərin əməkdaşlarıdır.

Xatırladaq ki, platformada müvafiq təlim mövzuları 3 modulda qruplaşdırılıb. Mövzular cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, risk əsaslı nəzarət, nəzarət alətləri, ƏL/TMM üzrə risklərin müəyyən edilməsi, beynəlxalq əməkdaşlıq, komplayens proqramı və digər müvafiq sahələri ehtiva edir. 

Qeyd edək ki, E-Tədris portalı əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində yerli peşəkar mütəxəssislər tərəfindən hazırlanmış, Azərbaycan dilində fəaliyyət göstərən yeganə işlək online təhsil platformasıdır. 

Ətraflı: https://www.youtube.com/watch?v=lxrEw8u9fTY&t=3s

Previus news:
Next news: