You are here: 
Münzen ges

Eqmont Qrupunun icraçı katibi ilə görüş keçirilib

Release Date:

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu – Eqmont Qrupunun icraçı katibi Jerom Byumontla görüşüb.

Görüşdə Eqmont Qrupun strateji məqsədləri və maliyyə monitorinqi sistemi və prinsipləri barədə məlumat verilib. Ölkəmizdə maliyyə monitorinqinin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə – Eqmont Qrupu ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.

Tərəflər yaşıl iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fiskal mexanizmlərin dayanıqlı inkişaf üçün faydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.