You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti COP29 çərçivəsində panel müzakirələr təşkil edib

Release Date:

COP29 çərçivəsin"Maliyyə kəşfiyyatının antropogen iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə töhfə verməsi üçün imkanlar" və “Ətraf mühit cinayətləri ilə mübarizədə maliyyə monitorinqi orqanlarının və onların hüquq-mühafizə sahəsində tərəfdaşlarının rolu” mövzularında panel müzakirələr keçirilib.

Azəraycan Respublikasının Maliyyə Monitorinqi Xidməti(MMX) və Eqmont Qrupunun təşkilatçılığı ilə COP29 çərçivəsin"Maliyyə kəşfiyyatının antropogen iqlim dəyişləri ilə mübarizədə qlobal səylərə töhfə verməsi üçün imkanlar" və “Ətraf mühit cinayətləri ilə mübarizədə maliyyə monitorinqi orqanlarının və onların hüquq-mühafizə sahəsində tərəfdaşlarının rolu” mövzularında panel müzakirələr təşkil edilib. Tədbirdə ümumilikdə 40 dinləyici iştirak edib.

Panel müzakirələrin birinci sessiyasında ekoloji cinayətlərdən əldə edilən əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və bu cinayətlərə qarşı mübarizədə milli və beynəlxalq səylərin dəstəklənməsi məqsədilə maliyyə, investisiya və ticarət sahələri üzrə əməkdaşlıq, ətraf mühit cinayətləri və onların təsirləri, qlobal maliyyə kəşfiyyatı və mübarizə strategiyaları kimi aktual mövzular müzakirə olunub.

MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə və BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Fathi Vali maliyyə kəşfiyyatıiqlim dəyişilməsi üzrə global səviyyədə görülən işlər və qarşıda duran çağırışlar barədə mühüm məsələlərdən danışıblar.

Eqmont Qrupunun sədr müavini Mohammed Şahid Ahmedin moderator olduğu sessiyada Eqmont Qrupunun icraçı katibi Jerom Bomont, İNTERPOL-un prezidenti Ahmed Naser Al-Raisi və Cənubi Afrika Maliyyə Kəşfiyyatı Mərkəzinin icraçı direktoru Piter Smit spiker qismində çıxış ediblər.

MMX-nin İdarə Heyəti sədrinin müavini Azər Abbasovun moderator olduğu ikinci sessiyada  isə maliyyə monitorinqi orqanlarının (MMO) ətraf mühitə qarşı cinayət şəbəkələriniaşkar etmək qarşısını almaqda rolundan, Eqmont Qrupuna üzv olan MMO-ların effektiv fəaliyyət göstərməsi üçün təhlükəsiz platforma ilə təmin edilməsindən bəhs edilib.Sessiyada MMX-nin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin eksperti Fabrizio Fioroni, Cənubi Afrika Maliyyə Kəşfiyyatı Mərkəzinin icraçı direktoru Piter Smit çıxış ediblər. Spikerlər ətraf mühit cinayətləri ilə mübarizədə dövlət-özəl tərəfdaşlığın, habelə MMO-ların hüquq-mühafizə orqanları ilə əməkdaşlığının əhəmiyyətindən bəhs ediblər.

Qeyd edilməlidir ki, bu tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları tarixində  maliyyə monitorinqi orqanları təşəbbüsü ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda ilk dəfə keçirilirdi.