Release Date:
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə 2024-cü il 9 oktyabr tarixində Şuşa şəhərində “Türk Dövlətlərinin Maliyyə Monitorinqi Orqanlarının Beynəlxalq Forumu” keçirilir.
Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, Təşkilatın üzv və müşahidəçi ölkələrinin maliyyə monitorinqi orqanlarının nümayəndələri və digər qonaqlar iştirak edirlər.
Tədbir öncəsində qonaqlar Fəxri xiyabanda Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb və əziz xatirəsi anılıb.