You are here: 
Münzen ges

Macarıstanın maliyyə monitorinqi orqanı ilə Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 9 oktyabr tarixində Şuşa şəhərində Türk Dövlətlərinin Maliyyə Monitorinqi Orqanlarının Beynəlxalq Forumu çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Macarıstanın Maliyyə Monitorinqi Orqanı, Milli Gömrük Administrasiyası arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb. 

Bu sənəd maliyyə cinayətləri ilə mübarizədə qlobal səylərin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Qlobal iqtisadiyyatın təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək sənədin imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasını təmin etmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir.

Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə keçəcəkdir.