You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşı Fuad Əliyev Azərbaycanda KYC Tənzimləmələri və Rəqəmsal Texnologiyalarla bağlı çıxış edib

Release Date:

17 oktyabr 2024-cü il tarixində Bakı şəhərində “DVA Bilişim ve Yazılım” şirkətinin təşkilatçılığı ilə KYC (Öz müştərini tanı) uyğunluq prosesləri və tələbləri, rəqəmsal verifikasiyanın rolu və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması risklərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahə üzrə təcrübəli eksperti Fuad Əliyev əsas məruzəçi qismində qatılıb. 

“Azərbaycanda cari KYC Tənzimləmələri və Yeni texnologiyalar”  mövzusunda çıxış edərək, maliyyə və kripto bazarlarında müştərilərin rəqəmsal yolla qeydiyyatdan keçməsi və maliyyə xidmətlərindən istifadə etməsi barədə dəyərli fikirlər səsləndirib. F. Əliyev çıxışında müştərilərin onlayn qaydada bank hesabları açması, maliyyə xidmətlərinə qoşulması və kripto aktivləri idarə etmə imkanları barədə geniş məlumat verib. O, qeyd edib ki, yeni texnoloji həllər təşkilatlara müştəriləri cəlb etmə, onların təhlükəsiz və etibarlı şəkildə qeydiyyatını təmin etmə, tənzimləyici qaydalara tam uyğunluq yaratmaq üçün vacib imkanlar təqdim edir. Bu sahədə aparıcı texnologiyalardan istifadə etməklə, həm müştərilərə rahatlıq təmin edilir, həm də maliyyə institutları üçün rəqəmsal təcrübəni optimallaşdırmaq imkanı yaranır.

2012-ci ildən etibarən Türkiyənin və Azərbaycanın ən böyük banklarına dəstək və texniki xidmət göstərən “DVA Bilişim ve Yazılım” şirkəti Türkiyədə dünya səviyyəli analitik alətlər təqdim edir. Şirkət məsləhət xidməti, layihə idarəetməsi və dələduzluq, eləcə də maliyyə cinayətləri ilə mübarizə üzrə qabaqcıl analitik həllərin tətbiqi sahələrində ixtisaslaşıb.