You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidməti notariuslar üçün təlim keçirib

Release Date:

Maliyyə Monitorinqi Xidməti benefisiar mülkiyyətçinin müəyyən edilməsi mövzusunda notariuslar üçün təlim təşkil edib.

Təlimdə benefisiar mülkiyyətçinin müəyyən edilməsində qarşıya çıxan çağırışlar və bu sahədə müasir yanaşmalar müzakirə olunub. Xüsusilə, müxtəlif adlardan istifadə edərək benefisiar rmülkiyyətçinin gizlədilməsi mexanizmləri və bu halların qarşısını almaq üçün tətbiq olunan innovativ metodlar tədbirin əsas mövzuları arasında olub.

Tədbir iştirakçılarına benefisiar mülkiyyətçinin izlənilməsi üçün beynəlxalq təcrübə və qanunvericiliyə uyğun yanaşmalar təqdim edilib. Təlim, notariusların benefisiar mülkiyyətçinin şəffaf şəkildə müəyyən edilməsi və potensial risklərin vaxtında aşkarlanması üzrə bilik və bacarıqlarını artırmağa xidmət edir.

80 notariusun iştirak etdiyi təlim aktiv sual-cavab sessiyası ilə başa çatıb.

 

Previus news:
Next news: