You are here: 
Münzen ges

Beynəlxalq əməkdaşlıq və benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlim keçirilib

Release Date:

24 dekabr 2024-cü il tarixində Maliyyə Monitorinqi Xidməti tərəfindən hüquq mühafizə və nəzarət orqanları üçün beynəlxalq əməkdaşlıq mövzusunda onlayn təlim təşkil olunub.

Beynəlxalq əlaqələr şöbəsinin rəisi, təlimçi Arzu Xəlilova öz təqdimatı zamanı beynəlxalq əməkdaşlıq sahəsində müasir yanaşmalar, məlumat mübadiləsi üsulları və sərhədlərarası əməkdaşlıq mexanizmləri haqqında geniş məlumat verib.

Təlimin beynəlxalq əməkdaşlıq, məlumat və sənədlərin mübadiləsi adlı birinci sessiyasında sərhədlərarası əməkdaşlıq imkanları və effektiv mübadilə üsulları barədə bilgilər auditoriyanın diqqətinə çatdırılıb.

A. Xəlilova MMX-nin qeyri-formal əməkdaşlıq kanalları və əmlakın son təyinat nöqtəsi barədə məlumat mübadiləsi adlı ikinci hissəsində qeyri-formal əməkdaşlıq vasitələrinin effektivliyi və əmlakın izlənilməsi üzrə praktik təcrübələri iştirakçılarla bölüşüb.

Təlimdə, həmçinin müxtəlif adlardan istifadə edilərək benefisiar mülkiyyətçinin gizlədilməsi mexanizmləri və bu cür halların qarşısını almaq üçün tətbiq olunan innovativ yanaşmalar müzakirə olunub.

Hüquq mühafizə və nəzarət orqanlarından 80 nümayəndənin iştirak etdiyi təlim aktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Previus news:
Next news: