You are here: 
Münzen ges

Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş toplantı keçirilib

Release Date:

26 fevral 2025-ci il tarixində Maliyyə Monitorinqi Xidməti Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirib. İdarə Heyətinin sədri Zaur Fətizadə çıxış edərək faciənin və soyqırım qurbanlarının xatirəsinin yaşadılmasının önəmini vurğulayıb, soyqırımın tarixi və onun beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən bəhs edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca, Fuad Əliyev “Xocalı faciəsinin tarixi və dövlətin siyasətində yeri” mövzusunda çıxış edərək, bu qanlı hadisənin milli yaddaşımızdakı əhəmiyyətindən və dövlətimizin bu istiqamətdə gördüyü tədbirlərdən danışıb.

Daha sonra Leyla Bağırova “Xocalıya ədalət” beynəlxalq kampaniyası və dünya ictimaiyyətinin bu faciəyə münasibəti barədə təqdimat edib, beynəlxalq arenada aparılan maarifləndirmə və diplomatik fəaliyyətin vacibliyini vurğulayıb.

Şəlalə Ağalarova-İldırımlı isə Xocalı faciəsinin tanıdılması istiqamətində rəqəmsal platformalarda görülən işlər barədə məlumat verərək, sosial media və müxtəlif onlayn resursların bu sahədəki rolunu diqqətə çatdırıb.

Xocalı faciəsinin tarixi ədalətinin bərpa olunması üçün beynəlxalq səylərin artırılmasının vacibliyi vurğulanıb.

Previus news:
Next news: