21 fevral 2025-ci il – Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu (FATF) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi ilə mübarizə sistemlərində ciddi strateji çatışmazlıqları olan yüksək riskli ölkələr barədə yeni bəyanat yayıb.
FATF üzv dövlətləri və beynəlxalq ictimaiyyəti yüksək risk daşıyan bu ölkələrlə maliyyə əməliyyatları zamanı daha ehtiyatlı davranmağa və gücləndirilmiş müştəri eyniləşdirmə və verifikasiya tədbirləri tətbiq etməyə çağırır. Ən ağır hallarda FATF ölkələri beynəlxalq maliyyə sistemini bu risklərdən qorumaq üçün əlavə əks tədbirlər görməyə dəvət edir.
FATF-ın bu bəyanatı təşkilatın qlobal maliyyə sisteminin bütövlüyünü qorumaq və qeyri-qanuni maliyyə fəaliyyətlərinə qarşı mübarizəni gücləndirmək istiqamətində davamlı səylərinin bir hissəsidir.
Sözügedən FATF bəyanatının ingiliscə mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür.(https://www.fatf-gafi.org/en/publications/High-risk-and-other-monitored-jurisdictions/Call-for-action-february-2024.html)
Qeyd edilməlidir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən, öhdəlik daşıyan şəxslər FATF çağırışlarında müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.