You are here: 

Beynəlxalq Valyuta Fondu

ƏL/TMM sahəsində fəaliyyəti

Maliyyə sabitliyinin qorunması beynəlxalq ictimaiyyət, o cümlədən Beynəlxalq Valyuta Fondunun (BVF) üçün prioritet məsələdir. BVF üzvlərinin iqtisadi sistemlərinə və maliyyə sektoruna nəzarətin həyata keçirilməsində geniş təcrübəyə malik olması dövlətlərin ƏL/TMM üzrə beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsində fayda verir.

Azərbaycanla əməkdaşlıq

Pulların leqallaşdırılması, əlaqəli predikat cinayətlər, terrorçuluğun maliyyələşdirilməsi, habelə kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi bir çox ölkələrin maliyyə sektoruna və ya xarici sabitliyinə təhdidlər yaradır və beynəlxalq maliyyə sistemini də təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan, MMX əməkdaşlıq çərçivəsində BVF-dən təlimlər və ekspert dəstəyi şəklində texniki yardım almışdır.