You are here: 
Haqqımızda

Biz kimik?

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında müstəqil struktur vahidi olaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır. 2016-cı il 3  fevral  tarixində yeni publik hüquqi şəxs – Maliyyə Bazarlarına Nəzarət Palatası – yaradılmış və Maliyyə Monitorinqi Xidməti onun tərkibinə daxil edilməklə Palataya maliyyə monitorinqi orqanı funksiyası verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxs yaradılmışdır.

 
 

Maliyyə Monitorinqi Xidmətini müasir tələblərə cavab verən və ölkədə cinayət istismarından azad bir maliyyə sisteminin təmin olunmasına xidmət edən maliyyə monitorinqi orqanına çevirməkdir.

Vahid siyasətin formalaşmasında və bu siyasətin həyata keçirilməsində iştirak etmək;

Tənzimləməni və nəzarəti həyata keçirmək;

Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;

Öhdəlik daşıyan şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;

Vahid informasiya sisteminin tətbiqini təmin etmək;

Normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

ƏL/TMM sisteminin inkişafını təmin etmək.

Öhdəlik daşıyan şəxslərdən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək verməkdir.