You are here: 
Münzen ges

“Üçüncü şəxslərə güvənmə” mövzusunda təlim keçirilib

Release Date:

Cari ilin 6 noyabr tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Maliyyə institutları tərəfindən müştəri uyğunlu tədbirləri çərçivəsində üçüncü şəxslərə güvənmə” mövzusunda təlim keçirilib.

MMX-nin müvafiq sahə üzrə eksperti Kifayət Nəsirli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn üçüncü şəxsə güvənmə istisna edilən hallar barədə məlumat verib, güvənilən üçüncü şəxsin qiymətləndirilməsi zamanı nəzərə alınacaq məqamlara toxunub.

Daha sonra MMX-nin əməkdaşı Sübhan Qarayev xarici ölkələrin təcrübələrinə istinad edərək, əlaqəli beynəlxalq standartların tətbiqi formaları, xarici ölkələrin qanunvericiliyi və onların icra metodologiyaları, eləcə də bu normaların müqayisəli təhlili ilə bağlı təqdimatla çıxış edib.

Sonda təlimçilər iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırıb, əlaqəli istiqamətlər üzrə qarşılıqlı müzakirə təşkil edilib.

Qeyd edək ki, təlimdə 25-ə yaxın dinləyici iştirak edib.

Previus news:
Next news: