You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı ECOFEL-in tədbirində təlimçi qismində iştirak edib

Release Date:

Cari ilin 29 oktyabr tarixində Nigeriyanın Abuja şəhərində ECOFEL-in “Maliyyə monitorinqi orqanının dayandırma səlahiyyətləri” mövzusunda seminarı keçirilib.

 
Sözügedən seminarda Maliyyə Monitorinqi Xidmətinin ƏL/TMM sahəsi üzrə peşəkar eksperti Nurlan Babayev təlimçi qismində iştirak edib. Tədbirdə maliyyə monitorinqi orqanının dayandırma səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyatlar, hüquqi və etik problemlər barədə məlumat verilib. Həmçinin, interaktiv şəkildə keçən tədbirdə iştirakçılar arasında bu çətinliklərin öhdəsindən gəlmək üçün ən yaxşı təcrübələr ətrafında müzakirələr aparılıb, aparılan araşdırmalardan bəhs edilib.


Qeyd edək ki, Egmont Qrupunun Qərbi və Mərkəzi Afrika, Şərqi və Cənubi Afrika Regionları üzrə 23 Maliyyə Monitorinqi Orqanının 40-a yaxın nümayəndəsinin iştirakı ilə baş tutub.

Previus news: