Release Date:
Cari ilin 29 oktyabr tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Komitə nümayəndələri üçün “Benefisiar mülkiyyətçi” mövzusunda təlim keçirilib.
MMX-nin müvafiq sahə üzrə təcrübəli eksperti Arzu Xəlilova benefisiar mülkiyyətçinin müəyyən edilməsinə dair beynəlxalq standartlar və milli qanunvericiliyin tələblərindən irəli gələn öhdəliklər barədə ətraflı məlumat verib.
Sonda təlimçi iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrindən 25-ə yaxın dinləyici iştirak edib.