Cari ilin 22 oktyabr tarixində Maliyyə Monitorinqi Xidməti (MMX) və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Qeyri kommersiya təşkilarının nümayəndələri üçün təlim keçirilib.
MMX-nin müvafiq sahə üzrə təcrübəli eksperti Fuad Əliyev “Qeyri-kommersiya təşkilatlarına risk-əsaslı nəzarət” mövzusunda çıxış edib, “risk qiymətləndirilməsi”nin mühüm məqamlarına toxunub. Daha sonra Zərifə Həsənli terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi riskləri və atılmalı addımlar barədə ətraflı məlumat verib.
Sonda təlimçilər iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, təlimdə Ədliyyə Nazirliyindən və Qeyri Kommersiya Təşkilatlarının nümayəndələrindəndən 60-a yaxın dinləyici iştirak edib.
Qeyri-kommersiya təşkilatlarının nümayəndələri üçün təlim keçirilib
Release Date: