You are here: 
Münzen ges

“Qeyri kommersiya sektorunda TM-in Risk Qiymətləndirilməsi “mövzusunda beynəlxalq seminar keçirilib

Release Date:

Cari ilin 21 oktyabr tarixində Beynəlxalq Anti-Terror Təlim Mərkəzində Maliyyə Monitorinqi Xidmətinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsinin birgə təşkilatçılığı ilə “Qeyri kommersiya sektorunda terrorçuluğun maliyyələşdirilməsinin risk qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda qeyri-kommersiya sektoru üçün FATF standartlarının tətbiqi, bu sektorda terrorçuluğun maliyyələşdirilməsi (TM) risklərinin qiymətləndirilməsi üçün tələblər və qiymətləndirmənin əhatə dairəsi kimi mövzularda beynəlxalq ekspert cənab Ben Evans tərəfindən təqdimatlar edilib və auditoriyanın sualları və rəyləri əsasında müzakirələr aparılıb. Sonda təlim iştirakçılarına sertifikat təqdim olunub.

Tədbirdə QHT, dini icmalar və müvafiq dövlət qurumlarını təmsil edən 30 nümayəndə iştirak edib.

Previus news:
Next news: