Cari ilin 26 oktyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin (MMX) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bankların PL/TMM sahəsində çalışan mütəxəssisləri üçün “Bank əməliyyatlarının Power BI desktop proqramı və MS Excell vasitəsilə təhlili” mövzusunda təlim keçirilib.
Təlimçi Microsoft şirkətinin Power Bİ Desktop proqramı haqqında təqdimatla çıxış edib, iştirakçılara hesab çıxarışlarının təhlili və vizuallaşdırılması üzrə geniş məlumat verib. Təlim zamanı, həmçinin MMX-yə göndərilən hesabatların strukturunun izahı və hesabatların tərtib olunması zamanı yaranan texniki səhvlər və onların aradan qaldırılmasına dair müzakirələr aparılıb. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Azərbaycanda fəaliyyət göstərən bankların 25 məsul əməkdaşı iştirak edib.