You are here: 
Münzen ges

Monitorinq subyektləri üçün növbəti təlim keçirilib

Release Date:

Cari ilin 1 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə monitorinq subyektləri üçün “MMX-ya təqdim olunan şübhəli əməliyyatlara dair hesabatların keyfiyyəti və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin yüksəldilməsi yolları” mövzusunda təlim keçirilib. 

Təlimdə monitorinq subyektlərinin MMX-yə təqdim etdiyi məlumatların qiymətləndirilməsi, monitorinq subyektlərinin qarşılaşdığı çətinliklər və qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə olunub, məlumatların keyfiyyətinin yüksəldilməsi üzrə tövsiyələr verilmiş və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə Azərbaycanda fəaliyyət göstərən bankların 50-dən çox məsul əməkdaşı iştirak edib. 

 

Previus news:
Next news: