Release Date:
Cari ilin 20 aprel tarixində Maliyyə Monitorinqi Xidmətinin (MMX) əməkdaşı Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə MMX əməkdaşı “Müsadirə nədir?” mövzusunda təqdimatla çıxış edərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə baxımından müsadirənin əhəmiyyəti, hansı əmlakın müsadirə edilməli olduğu, tənzimləmədəki problemlər, habelə qanunvericilikdə məhdudiyyətlər, cinayət təqibini istisna edən hallar və digər mühüm məsələlərə toxunub.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.