You are here: 
Münzen ges

Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar qəbul edildi

Release Date:

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə Qərar qəbul etmişdir.

Bununla daha əvvəl qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının “Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya” Qaydaları öz qüvvəsini itirmişdir.

Öhdəlik daşıyan şəxslər öz fəaliyyətləri zamanı bu Tələbləri rəhbər tutmalıdır.

Aşağıdakı keçid vasitəsilə Qərarın mətni ilə tanış olmaq mümkündür:

https://e-qanun.az/framework/53641

Previus news:
Next news: