Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfinfən “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar”ın təsdiq edilməsi barədə Qərar qəbul etmişdir.
Bu Qaydalarla “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumat və sənədlərin öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi müqabilində onların geriyə məlumatlandırılması proseduru müəyyən edilmişdir.
Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri öz fəaliyyətləri zamanı bu Tələbləri rəhbər tutmalıdır.
Aşağıdakı keçid vasitəsilə Qərarın mətni ilə tanış olmaq mümkündür: