You are here: 
Münzen ges

5-ci raund MONEYVAL Qiymətləndirilməsi prosesi başa çatıb

Release Date:

Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupunun cari ilin 1-15 mart tarixlərində Azərbaycana onsayt səfəri baş tutub. 

Prosesin məqsədi 2013-cü il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu və bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməsi olub.

Qeyd edək ki, qiymətləndirmə qrupunun tərkibi MONEYVAL Katibliyinin üzvlərindən və hüquq, maliyyə və hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarət olub.

Azərbaycan Respublikasının Baş nazirinin müavini cənab Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu və ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb və qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Açılışda, həmçinin, qiymətləndirmə missiyasının rəhbəri xanım İrina Talianu iştirakçıları salamlayıb və müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb.

Qiymətləndirilməyə Nazirlər Kabinetinin  21 Oktyabr 2020-ci il tarixli 404 nömrəli Qərarı ilə yaradılmış Koordinasiya Şurasında təmsil olunan dövlət qurumlarının, habelə aidiyyəti özəl sektorun (öhdəlik daşıyan şəxslər- QHT-lər, banklar, mühasibat, vergi və hüquq xidmətləri göstərən şirkətlər, auditorlar, notariuslar və s.) əməkdaşları cəlb edilib.

Qiymətləndirmənin sonunda MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib.

Hesabatın 2023-cü ilin dekabrında MONEYVAL-ın 66-cı plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.

 

 

Previus news:
Next news: