You are here: 
Münzen ges

Azərbaycan və Banqladeş maliyyə monitorinqi orqanları arasında Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 29 mart tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Banqladeş Maliyyə Monitorinqi Orqanı arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb. 

Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaq. 

 

 

Previus news:
Next news: