You are here: 
Münzen ges

Azərbaycan və Tacikistan maliyyə monitorinqi orqanları arasında Anlaşma Memorandumu imzalanıb

Release Date:

Cari ilin 5 aprel tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Tacikistanın Milli Bankı yanında Maliyyə Monitorinqi departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb. 

Memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan iqtisadi, mədəni, diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək. 

 

Previus news:
Next news: