Release Date:
“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq sanksiya tətbiq edilməli şəxslərin və təşkilatların ölkədaxili siyahısı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cari ilin 5 aprel tarixində yenilənmişdir.
Qeyd edək ki, sanskiya tətbiq edilməli şəxslərin və təşkilatların siyahısı hədəfli maliyyə sanksiyalarına dair Dövlət Təhlükəsizliyi Xidmətinin internet informasiya ehtiyatından (http://hms.gov.az/) və ya Maliyyə Monitorinqi Xidmətinin internet saytından (http://www.fiu.az/sanctions/list) əldə edilə bilər.