Cari ilin 16 iyun tarixində Maliyyə Monitorinq Xidməti (MMX) və Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə “ƏL/TMM sahəsində Risk faktorlarının qiymətləndirilməsi metodları və şübhəli əməliyyatların təhlili” mövzusunda təlim keçirilib.
Təlimçi Ayaz Şahbazi ƏL/TMM üzrə beynəlxalq standartlar və milli qanunvericiliyin tələbləri, eləcə də "şübhəli əməliyyatlar" anlayışı, onun müəyyən edilməsi, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması, müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul, xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorları mövzusunda təqdimatla çıxış edib.
Sonda A. Şahbazi iştirakçıları maraqlandıran sualları cavablandırıb, qarşılıqlı müzakirələr aparıb.
Qeyd edək ki, sözügedən tədbirdə VK-nın ƏL/TMM sahəsində fəaliyyət göstərən 20-yə yaxın əməkdaşı iştirak edib.