You are here: 
Münzen ges

Belçika ilə ƏL/TMM sahəsində əməkdaşlıq gücləndirilib

Release Date:

Cari ilin 6 sentyabr tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti ilə Belçikanın Maliyyə Kəşfiyyatının Emalı Qurumunun rəhbəri cənab Kris Meskens və digər əməkdaşları arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub və təcrübə mübadiləsi aparılıb.

ƏL/TMM sahəsi üzrə  benefisiar mülkiyyətçi sisteminin qurulması və effektiv fəaliyyətin təmin olunmasında MMO-ların rolu görüşün əsas müzakirə mövzusu olub.

Previus news:
Next news: